Sumqayıtda ŞOK OLAY - Qaçırdığı qızı və özünü yandırdı - VİDEO
Bizi izləyin

Qırmızı.az

Sumqayıtda ŞOK OLAY - Qaçırdığı qızı və özünü yandırdı - VİDEO

Sumqayıtda iki nəfər avtomobildə yanıb.

Publika.az-ın məlumatına görə, hadisə Bakı-Quba yolunun Sumqayıt şəhəri ərazisində baş verib.

Belə ki, "Mercedes" markalı 50 CP 716 dövlət nömrə nişanlı avtomaşının içərisində olan sürücü yanaraq ölüb, onun sərnişini isə bədənin müxtəlif yerlərinin yanığı ilə Sumqayıt şəhər Xəstəxanasına yerləşdirilib.

Sumqayıt şəhər prokurorunun böyük köməkçisi Pərviz Əliyev bildirib ki, magistral yolda baş verən yanğın hadisəsi zamanı 1983-cü il təvəllüdlü Mansur Mahir oğlu Yaqubov yanaraq ölüb, Xamıyeva Lalə Fəxrəddin qızı isə bədəninin müxtəlif yerlərinin yanığı ilə Sumqayıt şəhər xəstəxanasına yerləşdirilib.

Qeyri-rəsmi məlumatlara görə, sürücü özünün və L.Xamıyevanın üstünə benzin tökərək yandırıb.

Sumqayıt şəhər Təcili Tibbi Yardım Stansiyasından bildirilib ki, 25 yaşlı Xamıyeva Lalə Fəxrəddin qızı 95 faiz yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. O hazırda xəstəxananın reanimasiya şöbəsindədir və vəziyyəti ağırdır.

Məlumata görə, Mansur Yaqubov sevdiyi qızı qaçırırmış, amma xanımın etirazı onu bu addımı atmağa məcbur edib.

Amid

Oxumağa davam et
Reklam
Reklam

Gündəm