İŞİD-in arxasında kim dayanır – PARADOKS
Bizi izləyin

Dünya

İŞİD-in arxasında kim dayanır – PARADOKS

İŞİD (İraq Şam İslam Dövləti) qısa müddətdə Suriya və İraqın bir çox bölgələrini ələ keçirərək şəriət dövləti elan elədi. Bundan sonra çoxlu sayda dövlət və qurum “İŞİD-in arxasında kim dayanır?” sualını verməyə başlayıb. Və Publika.az bu sualdan yaranan paradoks cavabları təqdim edir:

-Suriya və İraq rejimlərinə görə, İŞİD-in arxasında Səudiyyə Ərəbistanı dayanır.

-Səudiyyə Ərəbistanına görə İŞİD-in arxasında İran dayanır.

-İrana görə, İŞİD-in arxasında ABŞ, Səudiyyə Ərəbistanı və Qətər dayanır.

-ABŞ-a görə, İŞİD-in arxasında Rusiya və Çin dayanır.

-Rusiya və Çinə görə, İŞİD-in arxasında ABŞ dayanır.

-Suriya müxalilətinə görə, İŞİD-in arxasında Suriya rejimi və kəşfiyyatı dayanır.

-İsrailə görə, İŞİD-in arxasında Həmas dayanır.

-Həmas və Əl-Fəthə görə, İŞİD-in arxasında İsrail dayanır.

-Misirə görə, İŞİD-in arxasında Qətər və Türkiyə dayanır.

-Türkiyəyə görə, İŞİD-in arxasında Fətullah Gülən şəbəkəsi dayanır.

-PKK-ya görə, İŞİD-in arxasında Türkiyə dayanır.

-Əl-Qaidə və Əl-Nüsrəyə görə, İŞİD-in arxasında neo-xəvaricilər dayanır.

-Sufilərə görə, İŞİD-in arxasında vəhhabilər dayanır.

-Misirdəki sələfilərə görə, İŞİD-in arxasında şiəliyi yaymağa çalışan İran dayanır.

-İxvana görə, İŞİD-in arxasında ABŞ və İran dayanır.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm