Ankara qərar verdi: “Türk əsgəri sərhədlərdən kənara çıxacaq” - Video
Bizi izləyin

Dünya

Ankara qərar verdi: “Türk əsgəri sərhədlərdən kənara çıxacaq” - Video

Türkiyədə Milli Təhlükəsizlik Şurasının bu gün keçirilən iclası təxminən 5 saat davam edib.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, baş nazir Əhməd Davudoğlunun rəhbərliyi ilə keçirilən toplantıdan sonra baş nazir müavini Bülent Arınç jurnalistlərin suallarını cavablandırıb.

B.Arınç İŞİD terror qruplaşmasının Süleyman Şah türbəsinə çox yaxınlaşdığı barədə məlumatları təsdiqləyib. O, həmçinin Türkiyə əsgərlərinin öz vəzifələrini yerinə yetirməkdə davam etdiyini söyləyib.

İraq və Suriya ilə qanun qanun layihələrin Türkiyə Böyük Millət Məclisinə göndərildiyini deyən baş nazir müavini sözügedən sənədlərin türk əsgərinin sərhədlərdən kənara çıxmasını da əhatə edəcəyi vurğulayıb.

“Bizim məsələmiz Türkiyənin təhlükəsizliyini təmin edə bilməkdir”, - deyə B.Arınc vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm