İsveçrədən ermənilərə zərbə
Bizi izləyin

Dünya

İsveçrədən ermənilərə zərbə

Cenevrə Kanton Rəhbərliyi qondarma “erməni soyqırımı” abidəsinin Birləşmiş Millətlər Təşkilatının (BMT) binası yaxınlığında ucaldılması barədə ermənilərin tələbini rədd edib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, “Neue Züricher Zeitung” qəzeti Ankaranın təzyiqinin öz təsirini göstərdiyini yazıb.

Bundan əvvəl isə İsveçrənin "Tribune de Genève" qəzetinin yazdığına görə, "Yaddaşın fənərləri" adlı abidə BMT-nin binası yaxınlığında, "Ariana" muzeyinin parkında qoyulacaq. Bütün işlərin tamamlandığı, yalnız abidənin qoyulması üçün rəsmi icazənin tələb olunduğu deyilirdi.

Abidənin yeri üçün təxminən 15 əraziyə baxılmış, ən sonda isə "Ariana" muzeyinə yaxın ərazi seçilmişdi.

Qeyd edək ki, 1915-ci ildə ermənilərin “soyqırım”a məruz qalması ilə bağlı qondarma iddia qanunu 2008-ci ildə Cenevrə şəhər soveti (şurası) tərəfindən qəbul edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm