Payız depressiyasından çıxmağın yolları
Bizi izləyin

Sağlamlıq

Payız depressiyasından çıxmağın yolları

“Payız depressiyası yay fəslindən payıza keçid dövründə baş verir”.

Publika.az-ın məlumatına görə, bunu Axar.az-a açıqlamasında psixoloq Təhminə Çələbi payız fəslində depressiyanın yaranmasının səbəbləri haqqında danışarkən deyib.

O, belə bir hadisənin məhz payız fəslində baş verməsini bu cür şərh edib:

“İnsan beyni əyləncəli bir dövrdən tamam başqa bir dövrə keçən zaman adaptasiya prosesi başlayır. Adaptasiya gec gedən zaman isə insanda stress halları yaranmağa başlayır ki, bu da depressiyaya yol açır. Bu isə xüsusilə payız fəslində havaların dəyişkən keçməsi ilə bağlı olur. Hətta dünyada intihar hadisələrinin daha çox baş verdiyi yerlər günəş işığı daha az düşən ölkələrdir. Bu səbəbdən də insanlarda müəyyən depressiyalar yaranır. Payızda gecələr uzandığından və biz günəşli günlərdən qaranlıq günlərə keçdiyimizdən neqativ hisslər baş qaldırır. Bu da depressiyanın əsas səbəblərindən biri sayılır. Payız ümumiyyətlə romantik bir fəsildir. Göz yaşı, sevgi ayrılıqları romantikanın bir hissəsi olduğundan bu da insanda stressə gətirib çıxarır. Bəzən insanlar başqa ölkələrdə olduqları zaman özlərinə yeni dost edilir, sevgi qazanırlar. Öz ölkələrinə qayıtdıqda isə payız depressiyasına tutulurlar. Bu da tamam başqa bir səbəbdir. Depressiyasının əsas səbəblərindən biri də maraqlı yay tətilindən sonra məktəb, iş, universitet həyatının başlaması hesab olunur. Yəni uzun bir aydan sonra aktiv həyata uyğunlaşanadək insan da bu cür depressiyalar baş verir”.

Psixoloq bu cür depressiyadan çıxmağın yollarını adaptasiyada görür:

“İnsan özünü bu cür fəsil dəyişkənliyinə hazırlamalı və 21 günə bu vərdişi əldə etməyə başlamalıdır. Yəni insan beyni buna öncədən hazır olmalıdır. İnsanlar payızı bir başlanğıc , yeni ilə hazırlıq kimi qəbul etsələr bu zaman onlar bu fəslin dadını çıxara və stressdən uzaq ola bilərlər. Burda sırf düşüncə mühüm rol oynayır. Düzgün düşünmək düzgün yaşamağın əsasıdır. Çalışın təmiz havada daha çox olun. Bu zaman düşüncələrinizi sağlam və pozitiv saxlaya biləcəksiniz. Belə olan halda isə stress, depressiya kimi neqativ hisslər sizdən uzaq olacaq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm