AŞPA-nın qəbul etdiyi qətnamələrin icrasına kim mane olur?
Bizi izləyin

Nida.az

AŞPA-nın qəbul etdiyi qətnamələrin icrasına kim mane olur?

"Assambleya Avropada sabitliyin və təhlükəsizliyin qorunması ilə bağlı qərarlar və qətnamələr qəbul etsə də onların yerinə yetirilməsi üçün xüsusi mexanizmin olmaması ciddi narahatlıq yaradır. Bu qərarların və qətnamələrin yerinə yetirilməməsinə görə məsuliyyət diqqətdən kənarda qalır".

Publika.az-ın AzərTac-a istinadən verdiyi məlumata görə, bu barədə AŞPA-nın payız sessiyası zamanı ənənəvi sərbəst dinləmələrdə çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvü Rövşən Rzayev bildirib.

R.Rzayev qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məqsədilə AŞPA tərəfindən alt komitənin yaradılmasına baxmayaraq, bu strukturun fəaliyyətinin canlandırılması istiqamətində addımların atılmaması təəssüf doğurur. Bu məsələdə nəticə əldə edilməməsində əsas məsuliyyət alt komitənin fəaliyyət göstərməməsinə hər vəchlə cəhd göstərən Ermənistan nümayəndə heyətinin üzərinə düşür. Təəccüblüdür ki, Avropa Şurası Parlament Assambleyası Dağlıq Qarabağ münaqişəsinə dair 2005-ci ildə qəbul etdiyi 1416 saylı qətnamənin yerinə yetirilməsi istiqamətində son bir il ərzində demək olar ki, praktik addımlar atmır. Bu da münaqişə zonasında vəziyyətin getdikcə gərginləşməsinə səbəb olur. Cəbhə bölgəsində atəşkəs rejiminin tez-tez pozulması dinc mülki insanların həyatlarına son qoyulması, girov və əsir götürülməsi ilə nəticələnir.

Azərbaycanlı deputat həmkarlarını Dağlıq Qarabağ münaqişəsi ilə bağlı alt komitənin fəaliyyətinin bərpa edilməsinə kömək etməyə çağırıb. O deyib: “Dağlıq Qarabağda tezliklə sülhün bərqərar olmasına məhz birgə səylərimizlə nail ola bilərik”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm