ABŞ-da həyəcan - Ebola virusu Ştatlarda
Bizi izləyin

Sağlamlıq

ABŞ-da həyəcan - Ebola virusu Ştatlarda

Amerika Birləşmiş Ştatlarında bir nəfərdə Ebola virusu aşkarlanıb.

Publika.az-ın məlumatına görə, Texas ştatının Dallas şəhər sakininin müayənə zamanı virusa yoluxduğu təsdiqlənib. Onun virusa Liberiyada yoluxduğu ehtimal edilir. Dallas şəhər səhhiyyə idarəsinin yaydığı xəbərdə xəstənin təyyarədə özünü normal hiss etdiyi, lakin sonradan səhhətində problem yarandığı bildirilir.

ABŞ prezidenti Barak Obamanın göstərişi ilə bütün xəstəxanalarda virusla mübarizə üçün hazırlıqlar başlanılıb. Xəsət ilə təmasda olan hər kəsin müayənə edilməsi tapşırılıb.

İlk dəfə Qərbi Afrikada aşkarlanan virus, əsasən, Liberiya, Qvineya, Siera-Leone və Nigeriyada geniş yayılıb. İndiyə qədər 6 mindən çox insan epidemiyaya yoluxub. Onların da yarısının öldüyü deyilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm