İspaniyada da etirazlar başladı
Bizi izləyin

Dünya

İspaniyada da etirazlar başladı

İspaniyanın Barselona şəhərində Kataloniyanın müstəqilliyinin tərəfdarları hakimiyyət əleyhinə etiraz aksiyasına başlayıblar.

Publika.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, İspaniyanın Konstitusiya Məhkəməsi regionda müstəqillik üçün noyabrın 9-na nəzərdə tutulmuş referendum keçirilməsini haqqında qanun layihəsinin icrasını dayandırıb. Buna etiraz edən minlərlə insan isə küçələrə axışıblar. Barselona ilə yanaşı ölkənin şimal-şərq əyalətlərndə də mintiqlər başlanıb.

Qeyd edək ki, 7, 5 milyon Kataloniyalı İspaniya əhalisinin təxminən 16 faizini təşkil edir. Kataloniya, ölkənin ən zəngin və sənaye inkişaflı bölgələrindən biridir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm