İdman
Nəzərovdan Cahangir Əsgərovun federasiyasına ağır ittihamlar
Ağır Atletika Federasiyası Beynəlxalq Ağır Atletika Federasiyasına olan 500 min borcunu ödədikdən sonra yığma komandada növbəti dəyişiklik edildi. Millinin baş məşqçisi Zlatan Vanev istefaya göndərilib. Nizami Paşayev isə yenidən milliyə qaytarılıb. O, millinin məşqçisi kimi fəlaiyyət göstərəcək.
Son vaxtlar federasiyanın fəaliyyətindən narazılığını açığ şəkildə
bildirən milli komandanın keçmiş baş məşqçisi Vahid Nəzərovdan baş
verən dəyişikliklərə münasibət öyrəndik. Nəzərov Publika.az-a
verdiyi müsahibədə yenə də tənqidi fikirlər səsləndirdi:
- Vahid məllim hazırda nə işlə məşğulsuz?
- Hazırda təhsil idman mərkəzinin baş məşqçisiyəm.
- Məlumata görə, federasiyasından bildirilib ki, problemlər
aradan qaldırıldıqdan sonra sizə vəzifə verəcəklər.
- Bu barədə heç bir xəbərim yoxdur. İlk dəfə sizdən eşidirəm.
- Bu barədə rəhbərliklə heç bir danışığınız
olmayıb?
- Xeyr, rəhbərliklə heç bir danışığım olmayıb. Məni heç o
federasiyaya dəvət edib, nə isə soruşurlar ki… Mənim həmişə onlara
iradlarım olub ki, hesabat-seçki konfransı keçirilsin. Əgər
hesabat-seçki konfransı keçirilmirsə, hansı federasiyadan söhbət
gedə bilər. 8 ildir konfrans keçirilmir. Federasiya bəzi adamlar
tərəfindən zəbt olunub. Bəzi adamlar orda işlərə qeyri-qanuni
rəhbərlik edirlər. Bu da federasiyanın əsasnaməsinin kobud sürətdə
pozulmasıdır. Hər kəs işini federasiyada nizamnaməyə görə qurur.
Əgər nizamnamə pozulursa, deməli, orada iş yoxdur.
- Belə durumda sizə dəvət gələrsə, qəbul
edərsiz?
- Yox. Əgər iclas keçirilərsə, konfrans baş tutarsa və biz çıxış
edib iradlarımızı deyə biləriksə, xətaları aşkarlayarlarsa, onda
qəbul edərəm. Hansı səbəbdən 18 nəfər dopinqdə ilişdi? Niyə
Azərbaycan 500 min cərimə ödədi?
500 min dolları uşaq və gənclərə, idman məktəblərinə sərf edərdik,
ağır atletikanın inkişafına xərcləyərdik. Ancaq o pul niyə ödəndi,
hansı səbəbə ödəndi, kim cəzalandı bilinmədi, xəbər verilmədi.
Dövlətimizin qərarı var ki, dopinqi istifadə edən, respublikaya
gətirən, satan şəxslər məsuliyyətə cəlb olunur. Ancaq 18 nəfər ən
titullu idmançılar, respublikanın ən yaxşıları dopinq qəbul edib,
buna görə heç kim məsuliyyət daşımır, cəzalanmır.
- Millinin üzvlərini azdan-çoxdan tanıyırsız. Sizcə
idmançılarımız həqiqətən dopinq qəbul edib, yoxsa…
- 18 nəfərin arasında olan əcnəbilərin hamısının dopinqdən istifadə
etdiyinə inanıram. Bolqar idmançılar hələ sovet vaxtında da
dopinqdən ən çox istifadə edənlər olub. Beynəlxalq federasiya
həmişə onlarla mübarizə aparıb. Onlar həmişə dopinqdən istifadə
ediblər, həmin sistemi də Azərbaycana gətiriblər.
- Olimpiya mükafatçımız Valentin Xristov da bolqardır, onun
da adı siyahıda var və 2 il müddətinə cəzalanıb.
- Əlbəttə ki, onlar hamısı dopinqdən istifadə edirlər. Yenə
deyirəm, həmin bəlanı da Azərbaycana bolqarlar gətirdi. Fikir
verin, görün millimizin heyətində nə qədər əcnəbi idmançı var.
- Bəs günahsız olanlar kimlərdi?
- Günahsız olanlar bizim idmançılardı. Mən onlara başçılıq edəndə,
o komandayla 2009-cü ildə Ruminyada keçirilən Avropa çempionatında
45 dövlətin arasında yer tuta bilmişdik. Respublika-ya 7 medal
gətirmişdik.
- Vahid müəllim, sizin baş məşqçi Vanevlə, millimizin
durumu ilə bağlı dedikləriniz öz təsdiqini tapdı…
- Üzr istəyriəm indi deyəcəyimə görə…. Biz azərbaycanlılarda bir
xüsusiyyət var, qonaqları həmişə yuxarı başa qoyuruq, onlara
inanırıq. Amma elələri var ki, onlara etibar etmək olmaz.
Yadınınızdadırsa, Vanevdən öncəki məşqçi Yanko Rusev üçün də
fikrlərimi demşdim. Demişdim o, yaxşı idmançı olub, amma məşqçi
deyil. O, Azərbaycan millisini dağıtdı, qaçdı. Ancaq o gedəndən
sonra yenə də bolqar məşqçi təyin etdilər. Vanev də heç vaxt məşqçi
olmayıb. Özünüz gördüz, mən dediklərim təsdiqini tapdı. Vaxtında
qarşısı alınsaydı, 18 nəfər dopinqə düşməzdi.
- Sizdən sonra gələnlərin fəaliyyətini necə
qiymətləndirərdiz?
- 2009-cu ilin əvvəllərində federasiyadan ayrıldım. Məndən sonra
federasiyaya görün nə qədər legioner cəlb edildi. Hanı o əcnəbi
idmançılar? O idmançılara görə dövlətdən nə qədər vəsait gedib?
Ancaq federsiya o vəsaiti Azərbaycanın idman məktəblərinə, idman
bölmələrinə xərcləsəydi daha yaxşı olardı. Öz idmançılarımız
yetişərdi. Məndən sonra gələnlər Yanko Rusev və Vanev Azərbaycan
üçün nə etdilər?
Yeganə uğur odur ki, London Olimpiadasında idmançımız 3-cü yeri
tutdu. O da təsadüfən alındı, Moldovalı idmançı yarışa çıxmadı.
- 500 min ödəndi, millimiz yenidən necə toparlana
bilər?
- Hazırda həm böyüklərdən, həm də gənclərdən ibarət yığma
komandamız yoxdur. İndi təlim-məşq toplanışları keçirilir, guya
dünya çempionatına hazırlaşırlar. O idmançılarla hazırlaşırlar ki,
heç bir yarışda nəticə verməyib. Mən həmişə demişəm, indi də
deyirəm, əgər federasiyada nizamnamə pozulursa, hansı işdən
danışmaq olar? Bütün bunlarla bağlı adlı-sanlı idman xadimləri
müraciət də ünvanlayıb, ancaq nəticə yoxdur.
- Sizin tələbəniz olmuş Nizami Paşayevi məşqçi təyin
ediblər…
- Mənim dediyimə gəlirsiniz. Federasiyada olan bəzi adamlar nəyin
bahasına olur olsun özlərini orada saxlamaq istəyirlər. Konfrans
olmalıdır. Konfrans olmadan, kimisə təyin edib, kimisə azad etməyə
heç kimin ixtiyarı yoxdur. Nizami Paşayev çox yaxşı idmançı olub,
insan kimi də çox yaxşıdır. O, idmançı karyerasında Azərbaycan üçün
tarix yazıb. Demək istəyirəm ki, millimiz üçün ancaq azərbaycanlı
mütəxəssislər can yandıra bilər. Ona görə də ölkənin şərəfini yerli
mütəxxəsislər qorumalıdır.
Vahid müəllim yaxşı işləmirsə, başqa biri olsun, amma yerlilərdən
olsun.
- Deyirlər ki, millinin baş məşqçisi yenə də əcnəbi olacaq.
Sizə onun köməkçisi olmağı təklif etsələr, qəbul
edərsiz?
- Xeyr, əsla. Olub belə təklif, qəbul etməmişəm, yenə də
etmərəm.
Aygün İlqarqızı
-
İdman17:06
"Qarabağ"ı yıxan futbolçu İstanbul nəhənginin hədəfində
-
Sosial16:36
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
Magazin116:11
Zülfiyyə Aşıq Tellini biabır etdi: “Restoranda yeyir, sonra da...”
-
Sağlamlıq15:41
Marketlərdə satılan bu yuyucu tozlar XƏRÇƏNG YARADIR
-
Nida Xəbər 15:11
Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO