NATO: “Ukraynada iyirmi min rus hərbçisi var”
Bizi izləyin

Dünya

NATO: “Ukraynada iyirmi min rus hərbçisi var”

Ukraynanın ərazisində Rusiya hərbçilərinin sayı azalmır.

Publika.az-ın “The Daily Star” nəşrinə istinadən verdiyi məlumata görə, bu barədə NATO-nun rəsmi nümayəndəsi Canzen Cey bildirib.

“Yüzlərlə Rusiya hərbçisi, həmçinin xüsusi təyinatlılar və hərbi texnika indiyə qədər Ukrayna ərazisində qalır”, - deyə NATO təmsilçisi bildirib.

Onun sözlərinə görə, Ukrayna ərazisindəki Rusiya qoşunlarının ixtisarı keçən həftə müşahidə olunmayıb. C.Cey Ukrayna ərazisində təxminən 20 min rus hərbçisinin olduğunu vurğulayıb. NATO-nun rəsmi nümayəndəsi Rusiya qoşunlarının Şərqi Ukrayna ilə yanaşı, Krımdan da çıxmalı olduğunu deyib.

Rusiya müdafiə nazirinin müavini Nikolay Pankov isə cavabında Rusiyanın hadisələrin iştirakçısı və Ukraynada rus hərbçilərinin olmadığını bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm