Ofisdən pul oğurlayan şəxslər tutuldu
Bizi izləyin

Qırmızı.az

Ofisdən pul oğurlayan şəxslər tutuldu

Bakıda ofisdən oğurluq edən şəxslər saxlanılıb.

Bakı Şəhər Baş Polis İdarəsindən Publika.az-a verilən məlumata görə, hadisə sentyabrın 25-nə keçən gecə Qaradağ rayonunun Qızıldaş qəsəbəsində yerləşən ofisdə baş verib.

Bakı sakini Mustafa Cabbarovun iş otağındakı seyfdən 7600 manat oğurlanıb. Qaradağ RPİ 38-ci PB-nin keçirdiyi əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Cəlilabad rayon sakini Zahir Quliyev yaxalanıb.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm