Səxavət Əlisoy Arif Hacılını istefaya çağırdı: “Seçkiyə haram qatdığınız üçün...”
Bizi izləyin

Nida.az

Səxavət Əlisoy Arif Hacılını istefaya çağırdı: “Seçkiyə haram qatdığınız üçün...”

Müsavat başqanlığına keçmiş namizəd Səxavət Əlisoy yeni başqan Arif Hacılını yenə ittiham edib.

Publika.az xəbər verir ki, S. Əlisoy “facebook” səhifəsində bildirib ki, Arif Hacılıya və onun QHTK-sının sadiq üzvlərindən olan Gülağa Aslanlıya, Söhrab Məhərrəmliyə, Mustafa Hacıbəyliyə, Razim Əmiraslanova, Elman Fəttaha, Yusif Tağıya, Cahangir Əmirxanlıya, İkram İsrafilə və digərlərinə xatırlatma: Müsavat Partiyasının təməl prinsiplərindən biri də ləyaqətdir: “Qurultaydan narazı olan müsavatçılar iddia edir ki, əksər rayonlarda qurultay nümayəndələri sizin tərəfinizdən ciddi nizamnamə pozğunluğu olmasına baxmayaraq, Arif Hacılıya dəstək üçün seçilib. Sizə (Arif Hacılıya) sərf etməyən rayonlarda nəticələr ya ləğv edilib, ya da rayon təşkilatı buraxılıb. ( MNTK-dan Ə. Talışxanlı və digərləri sabah bu rayonların adını açıqlayacaq). Tovuz rayonunda konfransda başqan müşaviri iştirak etməsinə baxmayaraq, konfrans MNTK üzvü və QHTK nümayəndəsi iştirak etmədiyi üçün etibarsız hesab olunub. Naxçıvan Muxtar Respublikasının 6 rayonunda konfrans keçirilibmi və harada keçirilib, keçirilibsə, hansı MNTK üzvü və ya QHTK üzvü bu konfranslarda iştirak edib? Azərbaycanın 16 rayonunda partiyanın konfransı nədən baş tutmayıb? Arif Hacılı namizədliklə ilgili istefa verdikdən sonra onun kabineti kimlərin sərəncamında olub? Qurultaya təşkilatı olmayan rayonlardan Arif Hacılıya dəstək üçün nümayəndələr seçimi təşkil olunub, ya yox? Qurultay günü QHTK üzvlərinin əksəriyyəti və partiyanın Arif Hacılının tabeçiliyində olan funksionerləri “İsa Qəmbərin mövqeyi Arif Hacılıdır” deyə qurultay nümayəndələrinə xəbərdarlıq etdikləri nə dərəcədə nizamnaməyə uyğun idi? Nədən Müsavatın yolunda mübarizə aparan fədakar gənclərdən kimsə Məclis üzvü seçilmədi?”

Daha sonra S. Əlisoy qeyd edib ki, ya üzr istəməli, ya da istefa verməlidir.

“Əgər bizi, yaxud şəxsən məni bu iddialara görə ittiham edirsinizsə, şərəfiniz və namusunuz üzrə and için ki, deyilənlərin heç biri ilə razı deyilik. Əgər içinizdə biri çıxıb desə ki, qərəzlisən və onu sübut etsə, üzr istəməyə hazıram. Ən azı 7 iddiadan 3-nü qəbul edirsinizsə, Müsavat Partiyasının ləyaqət prinsipini əsas götürüb ya üzr istəyin, ya da seçkiyə haram qatdığınız üçün istefa verin. Bu partiyada ya ləyaqət, ya da ləyaqətsizlik qalmalıdır. Hər ikisinin birlikdə fəaliyyəti əsla mümkün olan iş deyil”, - deyə o bildirib.

Başqanlığa keçmiş namizəd “ləyaqətli müsavatçılara salam olsun, ləyaqətsizlərin rəy bildirməsinə ehtiyac yoxdur” deyə əlavə edib.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm