Keçmiş məhkumlardan ibarət oğru dəstəsi tutuldu
Bizi izləyin

Qırmızı.az

Keçmiş məhkumlardan ibarət oğru dəstəsi tutuldu

Nəsimi polisi oğurluqla məşğul olan dəstəni yaxalayıb.

Bakı Şəhər Baş Polis İdarəsindən Publika.az-a verilən məlumata görə, Nəsimi RPİ 22-ci PB-nin keçirdiyi əməliyyat tədbirləri nəticəsində, cibgirlikdə şübhəli bilinərək yaxalanan əvvəllər məhkum olunmuşlar - İltifat Ağabalayevin, Mahir Bədəlovun, Məhəmməd Bağırovun və Bisuddin Süleymanovun hər birindən 10 qramdan artıq tiryək aşkar edilərək götürülüb.

Müəyyən olunub ki, onlar sentyabrın 17-də 28 May küçəsində yerləşən, Aygün Hacılıya məxsus ofisdən noutbuk, sentyabrın 27-də həmin küçədəki mebel mağazasında İlqar Niftəliyevin mobil telefonunu masanın üzərindən, pencəyinin cibindən isə içərisində şəxsiyyət vəsiqəsi, sosial və bankomat kartları olan pul kisəsini, sentyabrın 29-da Puşkin küçəsində yerləşən mağazada Gülxara Niftiyevanın və Azadlıq prospektində yerləşən ticarət mərkəzində Ruhiyyə Aydınovanın əl çantalarından mobil telefonlar oğurlayıblar.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm