16 mühafizəçi ilə qonaq gedərlər? - VİDEO
Bizi izləyin

İdman

16 mühafizəçi ilə qonaq gedərlər? - VİDEO

16 mühafizəçi ilə qonaq gedərlər? - VİDEO

Dünyanın ən çox qazanan idmançısı, boks üzrə dünya çempionu Floyd Mayvezer şəxsi təyyarəsi ilə Amerikadan İstanbula gəlib.

Publika.az xəbər verir ki, o Felip Melonun qonağı olub. Floyda şəhərdə 16 mühafizəçisi yoldaşlıq edib. 47 qələbə ilə peşəkar karyerasında "məğlubedilməz" adını alan amerikalı idmançı "sarı-qırmızılı"ların oyunçusu ilə axşam yeməyi yeyib. Felipe Melo məsələ ilə bağlı belə açıqlama verib:

"Boks dünyasının əfsanəsi ilə yaxşı yemək yedik".

Melo "Qalatasaray" formasını Mayvezerə hədiyyə edib. Bu görüşə Braziliya mətbuatı da biganə qalmayıb. Görüşlə bağlı qəzetlərin biri belə başlıq seçib:

“Melo bokssevərləri qısqandıracaq bir iş gördü”.

Qeyd edək ki, Floyd sentyabrın 14-də çıxdığı döyüşdə rəqibini məğlub edib. Bununla da o, sadəcə bir görüşdən 32 milyon dollar qazanıb.

Xatırladaq ki, məşhur "Forbes" jurnalının ötən ay açıqladığı "dünyanın ən çox qazanan idmançıları" siyahısında məşhur boksçu lider göstərilib. Onun illik gəlirinin 105 milyon dollar olduğu bildirilib.

Mayvezerə qazandığı milyonları hər fürsətdə nümayiş etdirən bir idmançıdır.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm