“Alfa”nın keçmiş üzvü: “İŞİD-dən Azərbaycana qarşı istifadə oluna bilər”
Bizi izləyin

Nida.az

“Alfa”nın keçmiş üzvü: “İŞİD-dən Azərbaycana qarşı istifadə oluna bilər”

“İŞİD tam ölçüdə Taliban və Əl-Qaidənin varisi hesab edilə bilər. Doğrudan da, bu təşkilat 2006-cı ildə Əl-Qaidənin İraqda bölməsi olaraq yaradıldı”.

Publika.az xəbər verir ki, bu barədə “Alfa” xüsusi təyinatlılarının keçmiş üzvü Aleksey Filatov İŞİD-in Avrasiyada fəaliyyəti, eləcə də son vaxtlar aktuallaşan Qafqaza təsiri haqqında yazdığı məqalədə bildirib.

Müəllif yazır ki, İŞİD-in birinci təyinatı 2013-cü ildə Suriyada Bəşər Əsəd hökumətinə qarşı vətəndaş müharibəsində iştirak etməkdir: “Məhz Suriya rejiminin devrilməsindəki uğursuzluq bu gün ABŞ-ın İŞİD-ə qarşı koalisiya yaratmasına əsas verdi. Vaşinqtonun Suriya çökməyincə rahatlıq tapmayacağı aydındır. Bu gün Obamanın “Amerika kəşfiyyatı İŞİD-in Suriya ərazisindəki gücünü qiymətləndirmədi” sözləri heç də doğru deyil, sadəcə olaraq, bu bir oyundur. Ona Suriyaya qarşı hücumları genişləndirmək üçün əsas lazımdır. Bu, ABŞ-ın Avrasiyada “Böyük Yaxın Şərq” planının bir bəndidir. Bu plan Liviyada uğurla başa çatsa da, Misir, İraq və Suriyada boğaza dirənən sümük oldu”.

Keçmiş xüsusi təyinatlı İŞİD-in ikinci təyinatı kimi yeni gərginlik mərkəzləri olacaq münaqişə ocağı yaratmaq olduğunu qeyd edib. Onun fikrincə, bu məqsədlə vaxtilə Əl-Qaidədən istifadə olunurdu. “Belə münaqişə ocaqlarından biri də Qafqazdır. Qafqazın şimalında İŞİD tərkibində döyüşən xeyli sayda çeçen və digər xalqların nümayəndəsi var. Regionun cənubundakı Azərbaycanla da vəziyyət eynidir. İŞİD tərkibində camaatlar olaraq təmsil olunan bu insanlar toplusu region üçün yeni ekstremist terror qruplaşmaları potensialına malikdir. Qərb zamanı gələndə bu ekstremistlərdən gəldikləri Rusiya, Azərbaycan və digər ölkələrdə hökumətlərə qarşı sərfəli şəkildə istifadə edə bilər”, - deyə müəllif vurğulayıb. A. Filatov Çinin də eyni təhlükə qarşısında qaldığını düşünür.

Onun sözlərinə görə, Sintszyan-Uyğur muxtar bölgəsində törədilən terror aktlarının İraqda planlaşdırılması şübhəsizdir: “ABŞ İŞİD qruplaşmasından Çin kapitalının güclü olduğu ölkələrə qarşı istifadə edəcək. Çünki Çin iqtisadi inkişafa görə ABŞ-a çox yaxınlaşdı və Vaşinqton bunun qarşısını hansı yollasa almalıdır”.

Filatov bildirib ki, İŞİD, Taliban kimi ekstremist qrupların daha bir təyinatı ABŞ-ın dünyada hərbi ekspansiyasının başa çatdırılmasıdır: “ABŞ büdcəyə ziyan olan hərbi əməliyyatlardan imtina edir və belə qruplaşmalar tərəfindən öz hərbi maraqlarını yerinə yetirir. Böyük Britaniya və ABŞ vətəndaşlarının İŞİD-çilər tərəfindən edam edilməsi də təsadüfi deyil. Bu İraq və Suriyaya müdaxiləyə ictimai rəy hazırlamaq planının tərkib hissəsidir. Aydındır ki, ssenaristlər tərəfindən zamanla silahlandırılan, maliyyələşdirilən belə qruplar müstəqilliyə can atırlar. Beləliklə, bu da bir çox ölkələrdə vətəndaş müharibəsinə səbəb olur. Lakin bu okeanın o tayındakı sahibləri az narahat edir, çünki bu müharibələr başqa ölkələrin ərazisində baş verir. Nəticədə yenə də ABŞ-ın köməyinə ehtiyac yaranacaq”.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm