Tımçuk: “Rusiyanın 27 tankı Ukraynaya daxil olub”
Bizi izləyin

Dünya

Tımçuk: “Rusiyanın 27 tankı Ukraynaya daxil olub”

Rusiyanın 76-cı desant-hücum dəstələri Staxanov rayonuna daxil olub.

Axar.az xəbər verir ki, bu açıqlama ilə ukraynalı hərbi ekspert Dmitri Tımçuk öz Feysbuk səhifəsində çıxış edib. O, həmçinin Rusiyanın 27 tankının da Debalçova rayonu ərazisinə gətirildiyini bildirib.

Tımçuk bu hərbi texnikanın hərəkətinin əvvəlcə Miusinsk, daha sonra isə Vaxruşevo rayonunda müşahidə edildiyini söyləyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm