Dünya
Tayçibekov: “Ankara həmin an Bakıya dəstək verəcək, amma...”
“Yaxın 10 ildə Gürcüstan Rusiya ilə müharibə aparmayacaq”.
Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı politoloq Yermek Tayçibekov söyləyib. O, Tiflisin anti-Rusiya proyektlərində iştirakının mümkün olacağını deyib:
“Praktiki olaraq Qafqazda Rusiya əleyhinə alyansın yaranması qeyri-mümkündür. Ankara hər zaman olduğu kimi, bu dəfə də təhlükə yaranan anda Bakıya kömək edəcək. Amma bir şeyi də nəzərə almaq lazımdır ki, Türkiyə Azərbaycana öz dövlətçiliyi bahasına risk edib dəstək verməyəcək.
Gürcüstan Rusiya ilə müharibə aparmayacaq. Onlar artıq 2008-ci ildə döyüşüblər. Yaxın 10 ildə onlar birbaşa konfliktlərdən qaçacaqlar. Amma Tiflisin anti-Rusiya alyanslarında iştirakı tamamilə mümkündür. Bunu da nəzərə almaq lazımdır ki, Gürcüstan əhalisinin müəyyən qismi öz gələcəyini Türkiyədən daha çox, Rusiya ilə qurmağa çalışır. Başqa bir səbəb isə dini inancla bağlıdır. Türkiyə müsəlman ölkəsidir və burada islamlaşmanın həcmi getdikcə artır. Gürcüstan kimi provaslav ölkə nə qədər də öz daxilində anti-Rusiya təbliğatı aparsa da, insanlar şüur altında öz din qardaşları ilə bir yerdə olmağa cəhd edirlər. Bakı və Ankara isə Rusiya əleyhinə hərbi alyanslarda aktiv oyunçu kimi iştirak etməyəcəklər”.
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye