“Deyirlər ki, pulların hamısını bizə verin” – deputat bankir oğlundan DANIŞDI
Bizi izləyin

Nida.az

“Deyirlər ki, pulların hamısını bizə verin” – deputat bankir oğlundan DANIŞDI

Milli Məclisin 82 saylı Ağcabədi seçki dairəsindən seçilmiş deputatı Tahir Rzayev oğlunun rəhbəri olduğu “Muğanbank”ın Ağcabədi filialı tərəfindən rayonun Avşar kəndi sakinlərinə kredit vəsaiti verilməməsi barədə mətbuatda yayılan məlumatlara münasibət bildirib.

Deputat T.Rzayev Publika.az-a açıqlamasında kreditlə bağlı baş verən bu hadisəni ona qarşı təxribat adlandırıb.

Deputat deyib: “Muğanbank” Ağcabədi rayonunda da kiçik filial açıb. Filialın cəmi 5-6 nəfərlik işçi heyəti var. Mənim oğlum da “Muğanbank” Ağcabədi filialının rəhbəri təyin olundu. Bilirsiniz ki, Ağcabədi rayonunun Avşar kəndi var. Bu kəndin adamlarının əksəriyyəti yaxşı adamlardır. Amma onların arasında emosional adamlar da var. Bu adamlar da gəlib oğluma deyir ki, bütün kreditləri bizə verin. Burada da kreditlərin verilmə şərtləri mövcuddur. Yəni, kredit vəsaiti hər adama verilmir. Bu kredit müəyyən pensiya yaşı çatmış adamlara güzəştli şərtlərlə verilir. Onlar da bu kredit vəsaiti ilə toy və digər işlərini görə bilirlər. Ancaq Avşar kəndinin bəzi sakinləri yığılıb gəlir, deyir ki, pulların hamısını bizə verin və sairə. Axı belə olmaz? Oğlum da onlara deyir ki, ay camaat, kredit verilişi qaydalarla olur. Rayon filialına gələn bütün kredit vəsaitlərini bir kəndə vermək olmaz. Bu vəsaitlər bütün kəndlərə verilə bilər. Bu adamlar da təkid edir ki, yox, o kreditlərin hamısını biz almalıyıq”.

T.Rzayev həmçinin qeyd edib ki, oğlunun və özünün heç özəl bankı yoxdur:

“Mənim və ya oğlumun bankı yoxdur. Mən deputatam, ümumiyyətlə, mənə bank işi ilə məşğul olmağa qanun icazə vermir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm