DİN özünü və sevdiyi qızı yandıranla bağlı məlumat yaydı
Bizi izləyin

Qırmızı.az

DİN özünü və sevdiyi qızı yandıranla bağlı məlumat yaydı

Sumqayıt şəhər sakini münaqişə zəminində avtomobildə özünün və evlənmək istədiyi qızın üzərinə benzin tökərək yandırıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, sentyabrın 30-da Sumqayıt şəhəri 1-ci mikrorayonda şəhər sakini Mansur Yaqubov evlənmək məqsədi ilə Saray qəsəbə sakini Lalə Xanıyevanı idarə etdiyi “Mercedes” markalı avtomobilə oturdub Bakı-Quba yolunun 40-cı km-nə aparıb. Daha sonra aralarında baş vermiş münaqişə zəminində M.Yaqubov avtomobildə özünün və Lalənin üzərinə benzin tökərək yandırıb.

M.Yaqubov hadisə yerində ölüb, L.Xanıyeva xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm