Dünya
Rusiya İŞİD-in üstünə müasir artilleriyasını göndərdi
Rusiya “İslam Dövləti” (İŞİD) qruplaşmasına qarşı mübarizədə İraq hökumətinə dəstək verir.
Publika.az-ın İTAR-TASS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Rusiya İraqa “Pansir-S1” zenit-raket top kompleksləri və “Djiqit” daşınabilən zenit-raket kompleksləri göndərib.
İraq Müdafiə Nazirliyindən bildirilib ki, Rusiyadan alınmış hava hücumundan müdafiə sistemləri strateji obyektlərin İŞİD-in hücumlarından müdafiə etməyə kömək edəcək. Nazirlikdən verilən məlumata görə, İraq ordusunun Hava Hücumundan Müdafiə Qüvvələri çox az sayda bu tipli qabaqcıl sistemlərə malikdir.
Xatırladaq ki, İraqın müdafiə naziri Saadun ad-Duleymi iyul ayında Moskvaya səfər edib. Səfər çərçivəsində Rusiyadan artilleriya sistemləri və döyüş sursatlarının böyük partiyasının alınması ilə bağlı bir neçə milyard dollarlıq müqavilə imzalanıb.
İyun ayında isə Rusiya İraqa bir neçə ədəd “Su-25” qırıcısı çatdırıb.
Ömər Dağlı
-
Dünya21:36
Məşhur bloqer helikopterdən bir çanta pulu çimərliyə SƏPƏLƏDİ - VİDEO
-
Sosial21:24
Böyük ümidlərlə getmişdilər: ilk şəhidimizin məzarı tapılmadı - FOTO
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik