Nazir qiymət artımını məqbul hesab edir
Bizi izləyin

Qırmızı.az

Nazir qiymət artımını məqbul hesab edir

“Kənd təsərrüfatı məhsullarının qiymət artımı ilə bağlı məlumatlar həqiqəti əks etdirmir və obyektiv müqayisə aparılmır. Qiymətlər hesablanarkən obyektiv təhlil aparılmalı, dünyadakı tendensiyalar və mövsümi tələblər nəzərə alınmalıdır”.

Publika.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri Heydər Əsədov deyib.

“Kənd təsərrüfatı məhsullarının istehsalında istifadə olunan gübrənin və digər istehsal vasitələrinin qiyməti qalxır. Müqayisə apararkən bu məsələ nəzərə alınmalıdır. Qiymət dispariteti baş verməsin deyə, məhsulların qiyməti artmalıdır. Bu artım çox vaxt mövsümi xarakter daşıyır. Hazırda pomidor, lobya və kələmdə qiymət artımı var. Hər həftənin sonunda orta bazar, topdan satış qiymətləri, market qiymətləri hamısı stolumun üstündə olur”.

Nazir artımdan danışarkən istehsalçının da marağının nəzərə alınmasının vacib olduğunu deyib:

“Nədənsə hər kəs istehlakçıların tərəfindədir. Heç kim düşünmür ki, istehsalçı da gəlir əldə etməlidir ki, növbəti il məhsul istehsal edə bilsin. Kartofun maya dəyəri 20 qəpikdirsə, onu bazarda 40 qəpiyə satan fermer necə gəlir əldə etməlidir? İstehsalçıya imkan yaratmalıyıq ki, bu sahəyə investisiya artsın. Dünyanın bütün ölkələrində müqayisə olunan artım bizdə də müşahidə olunur və olunacaq da.

Mən işə başlayanda hər kəs bazarın bağlı olmasından şikayətlənir, məhsulun istehsalçının əlində qaldığını deyirdi. İşlər görüldü, dövlət başçısı səviyyəsində işə müdaxilə olundu, bazar açıldı, kənd təsərrüfatına investisiyalar yatırılır. Kənd təsərrüfatı naziri olaraq bir az qiymət artımını məqbul hesab edirəm. Bəzən qiymətlər elə aşağı düşür ki, qarpızın ortasını yeyib kənarını atırlar”.

Nazir məhsulların Rusiya bazarına çıxarılmasının qıtlığa səbəb olmasına da münasibət bildirib:

“Məhsul bolluğu kifayət qədərdir. Hər həftə yarmarkalara 20-yə yaxın əməkdaşımız gedib qiymətlərlə maraqlanır. Bəzən məhsullar o qədər çox olur ki, bir yarmarkada yerləşdirə bilmirik. Artıq rayonlarda ikinci yarmarkaların açılması barədə danışıqlar aparırıq”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm