Bilgi.az
Bu ölkədə cadugərləri diri-diri yandırırlar – FOTOLAR
Cadugərləri yandırmaq bir vaxtlar əksər ölkələrdə tətbiq olunub. Amma bu bir şox yerlərdə aradan götürülsə də, günümüzdə hələ də bu qorxunc hadisənin davam etdiyi yerlər var.
Publika.az bu adətin hələ də davam etdiyi Papua Yeni Qvineyada qadın cadugərlərə verilən işgəncə növləri ilə sizi tanış edir.
XV əsrdən bəri bu adət davam edir. Papua Yeni Qvineyada cadugər olduğuna inanılan qadınlar işgəncə verildikdən sonra diri-diri yandırılırlar.
Tükləri biz-biz edən hadisələrdən birində qadınlardan biri diri-diri yandırılmaqdan son anda xilas olub. XV əsrdən qalma səhnələrin yaşandığı Papua Yeni Qvineyada cadugər olmaqda ittiham olunan bir qadın lüt soyundurularaq ağacın üstündə otuzdurulur. Daha sonra qızğın dəmirlə işgəncə verildikdən sonra növbədə onu diri-diri yandırılmaq gözləyir. Bir qrup qəbilə üzvlərinin arasında çarəsiz bir şəkildə ölümünü gözləyən qadının suçu isə oğlunun mədə infeksiyasından ölməsidir. Qadın 22 yaşlı oğlunu öldürməklə ittiham edilir və cadugərlikdə ittiham olunur.
2003-cü ildə Rasta Tuva adlı bir başqa qadın isə vudu cadusu (yavaş-yavaş ölüm gətirən cadu – red) etməkdə təqsirli bilindiyi üçün qorxunc bir işgəncəyə məruz qalır - qadının bir əli və digər əlindəki bəzi barmaqları kəsilir.
Ağacın üzərində oturdularaq işgəncə görən qadına bunu edənlərdən biri də öz əridir... Rasta Tuva bütün işgəncəyə məruz qalan qadınlar kimi əsla evinə qayıtmağı düşünmür.
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."
-
Sosial25 Aprel 21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc25 Aprel 20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO