Müsavatda Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı olacaq - Özəl
Bizi izləyin

Nida.az

Müsavatda Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı olacaq - Özəl

Müsavat başqanının keçmiş müavini Gülağa Aslanlı Mərkəzi İcra Aparatının rəhbəri təyin olunacaq.


Publika.az-a partiya fəallarının birinin verdiyi məlumata görə, yeni başqan Arif Hacılı yaxın günlərdə bu təyinatla bağlı sərəncam verəcək.

Məlumata görə, bu məsələ əvvəldən razılaşdırılıb. Belə ki, G. Aslanlı sərbəst Məclis üzvlüyünə namizədliyini geri götürərək qurultayda seçki komissiyasının üzvü oldu.

Arif Hacılının müavin təyinatı ilə bağlı verdiyi sərəncamda onun adı yox idi. Mənbə iddia edir ki, G. Aslanlı Arif Hacılının boş qalmış yerini dolduracaq.

“Gülağa Aslanlı əvvəldən Arif bəyi dəstəkləyirdi, onun seçki kampaniyasında əsas adam idi. Əvvəldən razılıq var idi ki, Arif Hacılı başqan olacaqsa, partiyada ikinci əsas vəzifə hesab olunan icra aparatının rəhbərliyinə o gətiriləcək. Yaxın günlərdə bununla bağlı sərəncam veriləcəyi gözlənilir”, - deyə mənbə vurğulayıb.

Qeyd edək ki, Mərkəzi İcra Aparatına başqanlıqdan getmiş İsa Qəmbərin gələ biləcəyi ehtimal olunurdu. Lakin Arif Hacılı Publika.az-a müsahibəsində bunu istisna edərək bildirdi ki, İ. Qəmbər heç bir vəzifə daşımaq niyyətində deyil.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm