Bir qrup aktyor Azərbaycandan getdi - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Bir qrup aktyor Azərbaycandan getdi - FOTOLAR

Dövlət Akademik Milli Dram Teatrının kollektivi Tbilisi Beynəlxalq teatr festivalında iştirak etmək üçün Gürcüstana yola düşüb.


Teatrdan Publika.az-a verilən məlumata görə, kollektiv festivalda “Kitabi-Dədə Qorqud” dastanının “Dirsə xan oğlu Buğac” boyu əsasında hazırlanan “İlahi oyun” tamaşası ilə çıxış edəcək.


Akademik Milli Dram Teatrının tamaşası oktyabrın 3-də “Yeni teatr marketi” proqramı çərçivəsində Kote Marcanaşvili adına Gürcüstan Dövlət Akademik Dram Teatrının böyük səhnəsində nümayiş olunacaq.


Rejissor Mikayıl Mikayılovun quruluşunda hazırlanan tamaşada əməkdar artistlər Vidadi Həsənov və Pərviz Məmmədrzayev, aktyorlar Nigar Güləhmədova və Novruz Novruzlu çıxış edirlər.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm