Qeyri-adi sevgi etirafı: sevdiyini itin üzərində yazdı – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Qeyri-adi sevgi etirafı: sevdiyini itin üzərində yazdı – FOTOLAR

Baytar olmağa hazırlaşan polyak əsilli həkim andını pozaraq heyvana qarşı vəhşilik törədib. O, itin dərisində "Mən səni sevirəm" kəlməsini yazaraq, şəklini çəkib və təbii ki, fotonu "Facebook"da paylaşıb. Maraqlısı odur ki, o, bu sözləri itin dərisinə tikib.

İti əməliyyat edən tələbə heyvanın üzərində lazımsız tikişlər qoymaqla rəfiqəsinə sevgisini nümayiş etdirmək istəyib. Bunun üçün o, heyvanın dərisi üzərində əlavə yaralar açmalı və tikməli olub.

Oğlan Polşanın Varmiya və Mazur təhsil müəssisəsində 4-cü kursda təhsil alır. Qeyri-etik və qeyri-insani keyfiyyətlərdən uzaq hərəkətinə görə təhsil müəssisəsi tərəfindən tələbənin axtarışına başlanılıb.

Amma oğlan itin fotosunu sosial şəbəkədə paylaşdıqdan sonra onun müdafiəsinə qalxanlar da tapılıb. Baytarın tərəfini tutan şəxslərdən biri yazıb: "Burada qeyri-etik nə var ki? O, tikiş qoymağı öyrənib və öz ustalığını nümayiş etdirir".

Varmiya və Mazur universitetinin baytar tədqiqatları üzrə rəhbəri deyib: "Sevgi etirafı çox yaxşı şeydir. Lakin bunun heyvan dərisi üzərində yazılması qeyri-etik və ədəbsizdir".

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm