Sevgilisi tərəfindən yandırılan qız öldü
Bizi izləyin

Qırmızı.az

Sevgilisi tərəfindən yandırılan qız öldü

Sevgilisi tərəfindən avtomobildə yandırılan qız xəstəxanada dünyasını dəyişib.

Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasından Publika.az-a verilən məlumata görə, Xamıyeva Lalə Fəxrəddin qızı bədəninin 95 faizinin yanığı ilə Bakıdakı 5 saylı şəhər kliniki xəstəxanasının yanıq şöbəsinə çatdırılıb.

5 saylı şəhər xəstəxanasından Publika.az-a bildirilib ki, 25 yaşlı L. Xamıyevanın xəsarətləri ağır olduğundan, həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. O, bu gecə radələrində dünyasını dəyişib. Artıq mərhumun meyiti yaxınlarına təhvil verilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, sentyabrın 30-da Sumqayıt şəhəri 1-ci mikrorayonda şəhər sakini Mansur Yaqubov evlənmək məqsədi ilə Saray qəsəbə sakini Lalə Xanıyevanı idarə etdiyi “Mercedes” markalı avtomobilə oturdub, Bakı-Quba yolunun 40-cı km-nə aparıb. Daha sonra aralarında baş vermiş münaqişə zəminində M.Yaqubov avtomobildə özünün və Lalənin üzərinə benzin tökərək yandırıb.

M.Yaqubov hadisə yerində ölüb, L.Xanıyeva xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Amid

Oxumağa davam et
Reklam
Reklam

Gündəm