Tabloid.az
Coşqunla Rafael biabır etdi: “Zəng vurub yalvarırdı ki…”- QALMAQAL
“Bu şəhərdə” növbəti solo-konsertini keçirəcək.
Publika.az-ın məlumatına görə, konsert noyabrın 5,6,7,8,9 tarixlərində Heydər Əliyev adına Sarayda gerçəkləşəcək.
Rafael İsgəndərov və Coşqun Rəhimov növbəti konsertdə də şou-biznes nümayəndələri, eləcə də tanınmış televiziya aparıcılarının təqlidinin yer alacağını dedilər: “Yenə müğənnilər və aparıcılar hədəfdə olacaq. Qabaqcadan bu barədə danışmaq istəmirik, çünki maraqsız olar”.
Onu da öyrəndik ki, növbəti konsert proqramında hamının səbirsizliklə gözlədiyi “Toy” səhnəsi də yer alacaq. Özü də tam fərqli formada. Amma toyun tamadası yenə də Sirtuş Çölçəmənli olacaq.
“Bu şəhərdə”nin aktyorları onları tənqid edən insanları da cavabsız qoymadılar: “Orda-burda müsahibə verib deyirlər ki, guya “Bu şəhərdə”nin aktyorları tükənib. Məsələ burasındadır ki, bizi tənqid edən, dalımızca danışan həmin adamlar konsertimizdə qabaq sıralarda əyləşənlərdir. Hansı ki, heç bilet də alıb konsertimizə gəlməyiblər e, zəng vurub, yalvar-yaxar, xahiş-minnət edib, dəvətnamə alıb gəliblər. Konsertdə dincəlib, əylənən və şənlənən həmin adamlar sonradan orda-burda əleyhimizə danışırlar. Bax bu şeylər adama qəribə gəlir”.
Qeyd edək ki, son vaxtlar “Bu şəhərdə”nin aktyorları ilə ssenarist və prodüser Müşfiq arasında inciklik yaşandığı və elə bu səbəbdən də, bəzi verilişlərə birgə çıxmadıqları deyilir. Çoşqun Rəhimov bu xəbəri şayiə adlandırdı və Müşfiqin Naxçıvanda planlaşdırılan konsertlə bağlı həmin bölgəyə getdiyini bildirdi. Buna görə də bəzən efirlərə onsuz çıxdıqlarını bildirdi. Dediyinə görə, Naxçıvandakı konsert paytaxtdakı şoularından sonra baş tutacaq.
Cəvahir Səlimqızı
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ