7,7 milyonluq təklif
Bizi izləyin

İdman

7,7 milyonluq təklif

7,7 milyonluq təklif

"Mançester Siti" klubu "Real"ın müdafiəçisinə göz dikib.

Publika.az xəbər verir ki, bu barədə "Daily Star" məlumat yayıb. “Şəhərlilər” Serxio Ramosu heyətinə qatmaq istəyir. Əsasən də “Siti”nin baş məşqçisi Manuel Pelleqrini keçmiş futbolçusunu komandasında görməkdə israrlıdır. Premyer Liqa təmsilçisinin 28 yaşlı ispaniyalıya illik 7,7 milyon funt sterlinq ödəməyə hazır olduğu deyilir.

Qeyd edək ki, Madrid klubunun ötən mövsüm Çempionlar Liqasını qazanmasında vacib rol oynayan Ramosu, digər ingilis klubu "Çelsi" də heyətində görmək istəyir.

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm