“Əli Kərimli maraqlıdır ki, QHT sədrləri həbsdə qalsın, mitinq də ona görə təyin edib”
Bizi izləyin

Nida.az

“Əli Kərimli maraqlıdır ki, QHT sədrləri həbsdə qalsın, mitinq də ona görə təyin edib”

“Milli Şura” adlandırılan qurumun oktyabrın 12-ə mitinq təyin etməsi ilə bağlı təəşəbbüsünə siyasi partiyaların münasibəti birmənalı olmayıb.

Bununla bağlı mətbuata acıqlama verən BAXCP sədrinin ictimai və siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlı bildirib ki, bu, birbaşa Əli Kərimlinin özünün ifşasıdır:

”Milli Şura” dedyiniz bu qurum əslində 2013-cü ildə elə Rusiya tərəfindən dağıdılıb. İndiki Əli Kərimlinin şurasıdır. 12 oktyabra mitinq təyin etməsi təşəbbüsünü Əli Kərimli qəsdən edir. Bilir ki, beynəlxalq təşkilatların Azərbaycan dövlətinə və hakimiyyətinə hal-hazırda münasibəti yaxşı deyil. Belə bir məqamda münasibətlərin daha da kəskinləşməsinə çalışır. Guya mitinq keçirən çıxıb. Artıq siyasi partiyalardan, konkret olaraq BAXCP sədri Qüdrət Həsənquliyev çağırış edib ki, həbsə atılmış QHT sədrləri məhkəməyə qədər ev dustaqlığına buraxılsın, 5-6 nəfərə görə beynəlxalq təşkilatlarla, Qərblə münasibətləri pozmaq lazım deyil. Bu da belə bir vəziyyətdə qəsdən mitinq keçirmək arzusunu gündəmə gətirməklə, hakimiyyətə “qıcıq” veirir ki, həmin adamlar həbsdə qalsınlar.

Bu gün ən çox Əli Kərimli maraqlıdır ki, bu adamlar həbsxanada qalsın və beynəlxalq təşkilatların Azərbaycan hakimiyyətinə münasibəti sərtləşsin, beynəlxalq təşkilatlar Azərbaycan hakmiyyətinə qarşı bəyanat versinlər ki, həbsdə qalan QHT sədrləri ilə bağlı mitinq də keçirmək istəyənlər var. Əli Kərimlinin özü də yaxşı bilir ki, bu gün heç kim onun mitinq çağırışına qoşulmayacaq, özünün ətrafında kim qalıb ki, hələ bunun mitinqinə də gəlsin?

Göründüyü kimi, bu adam bütün cəhdlə çalışır ki, beynəlxalq təşkilatlar Azərbaycan dövlətinin imicini korlasın…”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm