Ordudan hökumətə: “Təkcə özümüz öhdəsindən gələ bilərik”
Bizi izləyin

Dünya

Ordudan hökumətə: “Təkcə özümüz öhdəsindən gələ bilərik”

“Döyüşməyə gedirəm” deyərək Suriyaya gedən şəxslər kürd sipərlərində çay içib Türkiyəyə qayıdırlar”.

Publika.az “Xəbərtürk”ə istinadən xəbər verir ki, Nazirlər Kabinetinin iclasına qatılan ali baş qərargah rəisi Nəcdət Özəl və dörd komandanı İŞİD (İraq Şam İslam Dövləti) ilə mübarizə və sərhəd təhlükəsizliyi məsələsində mümkün hərəkat planlarını təqdim edib. Ordunun seçimi 1300 kilometrlik İraq və Suriya sərhədi boyunca təhlükəsiz xətt qurulması üçündür. Komandirlər “beynəlxalq dəstək olmasa da, təkcə özümüz bacara bilərdik” deyib.

Toplar YPG-nindir

Nazirlər Kabinetində komandirlər hökumət üzvlərinə irimiqyaslı brifinq keçirib. Brifinqdə əvvəlcə sərhəddəki vəziyyət izah edilib. Quru qoşunları komandanı ordu-generalı Hulusi Akar keçən həftə sərhəd bölgəsindəki yoxlamalarından danışıb. PKK-nın Suriya qolu olan YPG-nin Şanlıurfanın Suruç rayonunda son günlər baş verənlərlə bağlı spekulyasiya etmək istəyənlərdən bəhs edib. O, bundan əvvəl Türkiyə torpaqlarına top atəşləri açan YPG-nin nəzarətində olan ərazilərə adekvat cavab verildiyini bildirib.

Sipərlərdə çay içirlər

Komandanlar YPG-nin Türkiyəni toqquşmaya təşviq etməyə çalışdığını deyib. “Döyüşməyə gedirəm” deyərək Türkiyədən Suriyaya keçən çoxlu sayda şəxsin Ayn Al-Aran (Kobani) bölgəsində kürd sipərlərində çay içib, söhbət etdikdən sonra axşam Türkiyəyə qayıtdıqlarının da məlum olduğu bildirilib.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm