Bakı-Şamaxı yolunda ağır qəza – Foto
Bizi izləyin

Qırmızı.az

Bakı-Şamaxı yolunda ağır qəza – Foto

Bu gün saat 14 radələrində Bakı-Şamaxı yolunun 88-ci kilometrliyində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Axar.az xəbər verir ki, Bakı istiqamətində gedən 36 BD 577 dövlət qeydiyyat nişanlı “Ford Transit” markalı mikroavtobus 61 BD 269 nömrəli VAZ 2107 markalı avtomobillə toqquşub.

Toqquşma zamanı VAZ 2107 yol kənarında dayanmış 10 ML 249 nömrəli VAZ 21099 markalı avtomobilə çırpılıb.

Qəza nəticəsində VAZ 2107 markalı avtomobildə olan Muradov Hünər Mirəli oğlu yerindəcə ölüb. Digər iki şəxs – Ağamalıyev Zeynur Seymur oğlu və Məmmədov Nəriman Elşad oğlu yaralanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm