Elmar Məmmədyarov Fransaya gedib
Bizi izləyin

Nida.az

Elmar Məmmədyarov Fransaya gedib

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov rəhbərlik etdiyi nümayəndə heyətinin müşayiəti ilə Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) növbəti sessiyasında iştirak etmək məqsədilə Fransanın Strasburq şəhərinə yola düşüb.

Publika.az-a bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Səfər çərçivəsində nazir Elmar Məmmədyarovun AŞPA-nın növbəti sessiyasında iştirakı, sessiya zamanı Avropa Şurası Nazirlər Komitəsinin sədri qismində çıxışı və bir sıra görüşləri nəzərdə tutulub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm