Ərdoğanın hicab təklifinə görə məclisi tərk etdilər
Bizi izləyin

Dünya

Ərdoğanın hicab təklifinə görə məclisi tərk etdilər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxış edərkən Cümhuriyyət Xalq Partiyasından (CHP) olan qadın millət vəkilləri salonu tərk edib.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Birgül Ayman Gülər​​, Dilek Akagün Yılmaz və Nur Serterin salonu tərk etməsinin səbəbi prezidentin hicabla bağlı çıxış olub.

R.T.Ərdoğan çıxışında TBMM, universitet və orta təhsil müəssisələrindən hicabdan istifadənin sərbəst olacağı barədə fikirlərini bildirib. Bundan sonra CHP-li millət vəkili salonu tərk edib.

Onun hərəkətini digər CHP-li qadın millət vəkilləri Birgül Ayman Gülər və Dilek Akagün Yılmaz təkrarlayıb.

Qeyd edək ki, bu Ərdoğanın prezident seçildikdən sonra TBMM-də ilk çıxışı idi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm