İŞİD-dən bəyanat: “Netanyahunu öldürüb, Nyu-Yorku partladacağıq” - VİDEO
Bizi izləyin

Dünya

İŞİD-dən bəyanat: “Netanyahunu öldürüb, Nyu-Yorku partladacağıq” - VİDEO

Somali vətəndaşı olan İŞİD üzvü Abu Usamah "Vice News" televiziyasının canlı yayımına qoşulub.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, 6 ay əvvəl İŞİD sıralarına qatıldığını söyləyən Usamah İsrail baş naziri Benyamin Netanyahu ilə bağlı şok sözlər söyləyib.

“İsrailin Qəzzada törətdiyi qırğınlara görə Benyamin Netanyahunu öldürdükdən və Nyu-Yorka hücum etdikdən sonra bəlkə döyüşə son qoya bilərik”, - İŞİD üzvü deyib.

O, “Allahın icazəsi ilə bu iki hədəfimizi reallaşdıracağıq” söyləyib və xüsusilə Nyu-Yorka planlaşdırılan hücum üçün çoxlu sayda İŞİD tərəfdarının səfərbər olduğunu ifadə etdi.

“Bizi dayandıracaq bir güc yoxdur. Allah böyükdür”, – deyə Usamah canlı yayımda çıxışını tamamlayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm