Rusiya “qaz müharibəsi”nə qış gəlmədən başladı
Bizi izləyin

Dünya

Rusiya “qaz müharibəsi”nə qış gəlmədən başladı

Rusiya qışa bir neçə ay qalmış “qaz müharibə”sinə başlayıb.

Publika.az-ın “Röyters” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Rusiya Slovakiyaya çatdırılacaq qazın həcmini 50 faiz azaldıb.

Bu barədə Slovakiyanın baş naziri Robert Fiso bildirib. “Bu gün Slovakiya qaz idxalatçısı SPP qazın çatdırılmasında 50 faiz azalmanı qeydə alıb”, - deyə baş nazir qeyd edib.

O, söz verib ki, SPP qazın idxalatında azalmanın olmasına baxmayaraq, ev təsərrüfatlarından böyük şirkətlərə qədər hamı qazla təmin ediləcək. Baş nazir ehtiyac olduğu halda Çexiya və Avstriyadan təbii qaz alınacağını bildirib.

Slovakiyanın baş naziri həmçinin təsdiqləyib ki, təbii qaz Rusiyanın siyasi mübahisə alətinə çevrilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm