Müdafiə naziri təlimlərin məqsədini açıqladı - VİDEO
Bizi izləyin

Qırmızı.az

Müdafiə naziri təlimlərin məqsədini açıqladı - VİDEO

"Zakir Həsənov ANS-ə bildirdi ki, bütün planlar, təlimlər Ali Baş Komandan, möhtərəm cənab prezidentin göstərişi ilə həyata keçirilir". Publika.az xəbər veir ki, bu barədə Müdafiə naziri Zakir Həsənov təlimlərdən sonra ANS-ə ekskluziv açıqlama deyib.

“Bizim qabaq, Türkiyə ilə birgə müxtəlif hərbi hissələrdə quru qoşunların təlimləri olmuşdu. Bu təlimlər həm qardaş Türkiyədə, həm də Azərbaycanda keçirildi. Ancaq iki ölkənin birgə hərbi hava qüvvələrinin təlimləri ilk dəfə idi ki, Azərbaycanda keçirilirdi. Çox önəmli olan məsələ odur ki, bizim pilotlarımız, Türkiyə Silahlı Qüvvələrinin pilotları ilə birgə döyüş tapşırıqlarını yerinə yetirməkdə, bir-birini sığortalamaqda, bir-birinə döyüşdə dəstək verməklə təlimlər keçirdilər. Və mən bu təlimləri yüksək qiymətləndirirəm və biz təlimləri bundan sonra da davam etdirəcəyik, daha geniş bir səviyyədə. Mən maksimum dərəcədə tapşırıq verdim ki, bu təlimlər real döyüş vəziyyətinə yaxın həyata keçirulsin".

Türkiyə Hərbi Hava Qüvvələrinin təlim bölümünün rəhbəri Nihat Çakıroğlu isə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə təlimlərin keçirilməsini çoxdan gözlədiklərini dedi:

"Bizim tariximiz, atalarımız, dilimiz eyni, özəliklə də bunun təməlində bir sevgi var Azərbaycana qarşı. Çünki bizim ürəklərimiz bərabər üzülür, bərabər sevinir, iki ölkə olaraq. 20 ildir biz, məhz bu anı gözləyirik. Qardaşlarımızla barabər əməliyyat həyata keçirmək həsrəti ilə alışıb yanırdıq. Təlimlər bundan sonra da davam etdiriləcək. Təlimlər burda başladı, amma burada bitməyəcək. Növbəti illərdə də təlimləri həm Türkəyədə, həm də Azərbaycanda davam etdirəcəyik, məhz qardaşlarımızla birlikdə”.


Oxumağa davam et
Reklam
Reklam

Gündəm