Qurban Qurbanov: "Məni çətin sınaq gözləyir"
Bizi izləyin

İdman

Qurban Qurbanov: "Məni çətin sınaq gözləyir"

"Əsas məqsəd “İnter”ə oynamağa imkan verməməkdir. Bu gün qarşımıza tam fərqli heyət çıxa bilər. Bu səbəbdən məni çətin sınaq gözləyir".

Publika.az xəbər verir ki, bu barədə Avropa Liqasının qrup mərhələsi çərçivəsində bu gün İtaliyada “İnter”lə qarşılaşacaq "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov oyunqabağı keçirdiyi mətbuat konfransında deyib.

Onları çətin və ağır qarşılaşma gözlədiyini deyən baş məşqçi üstünlüyün rəqib konadada olduğunu da etiraf edib.

"Güclü komandaya qarşı mübarizə aparacağıq. Üstünlük rəqibin tərəfindədir. Öz oyunumuzu oynayıb, sərfəli nəticə qazanmağa çalışacağıq. Bakıya 1 xalla qayıtsaq, bizim üçün daha faydalı olar. Nəticənin bizim üçün nə qədər uğurlu alacağını indidən demək olmaz. İndidən bu haqda düşünmək istəmirik", - Qurbanov əlavə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm