168 il sonra Franklinin gəmisi tapıldı - FOTO
Bizi izləyin

Bilgi.az

168 il sonra Franklinin gəmisi tapıldı - FOTO

168 il axtarılan gəmini Kanada hökuməti tapıb. Publika.az xəbər verir ki, Kanada hökumətinin dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində sentyabr ayında qalıqları tapılan gəminin 1846-ci ildə itən HMS Erebus olduğu məlum olub.

Bu barədə Federal parlamentdə açıqlama verən Kanadanın baş naziri Harper, Şimal Qütbündə tapılan gəminin Ser Con Franklinə (Sir Jhon Franklin) aid itmiş iki gəmidən biri olduğunu deyib. Harper tapılan gəminin Franklinə aid HMS Erbus olduğunu söyləməkdən məmnun olduğunu bildirib.

Qeyd edək ki, məşhur ingilsi tədqiqatçısı Ser Con Franklinin Şimal Qütbünü kəşf etmək üçün yola çıxdığı HMS Erbus və HMS Terror gəmiləri ağır qütb şərtlərinə tab gətirməyərək 1846-cı ildə batıb. Franklinin də həmin vaxt həlak olduğu bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm