Ağ Evin Məxfi Xidmət rəisi istefa verdi - VİDEO
Bizi izləyin

Dünya

Ağ Evin Məxfi Xidmət rəisi istefa verdi - VİDEO

Ağ Evdə yaşanan təhlükəsizlik qalmaqalından sonra sərt tənqid olunan Məxfi Xidmət rəisi Culia Pierson istefa verib.

Pulika.az xəbər verir ki, Piersonun istefası barədə mətbuata ABŞ Daxili Təhlükəsizlik naziri Ceh Conson açıqlama verib.

"Bu gün ABŞ Məxfi Xidmətin direktoru Culia Pierson istefa ərizəsini təqdim etdi. Onun Məxfi Xidmətə və ölkəyə olan 30 illik xidmətlərini təqdir edirəm", - deyə nazir, Piersonun istefasının qəbul edildiyini söyləyib.

Nazir bu vəzifəni Piersondan Cozef Klansinin icra edəcəyini deyib.

Qeyd edək ki, ABŞ prezidenti Barak Obama Culiya Piersonu 2013-cü ilin martında Məxfi Xidmət rəisi təyin etmişdi. Məxfi Xidmət əsasən ABŞ prezidenti və onun ailə üzvlərindən başqa bir sıra maliyyə cinayətlərini araşdırır.

Xatırladaq ki, dünən Omar Qonzales adlı ABŞ vətəndaşı Ağ Evə girməyə cəhd edib. Təhlükəsizlik qüvvələrinin nəzərindən yayınan Qonzales Ağ Evin Şərq Salonuna qədər irəliləmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm