Penitensiar Xidmətinin əməkdaşı qəza törədib, yaralanan var
Bizi izləyin

Qırmızı.az

Penitensiar Xidmətinin əməkdaşı qəza törədib, yaralanan var

Gəncədə sərxoş sürücünün avtomobili yüksək sürətlə idarə etməsi qəza ilə nəticələnib. Kəpəz TV məlumat verir ki, hadisə zamanı 3 nəfər xəsarət alıb.

Ağır yol nəqliyyat hadisəsi gecə saat 1:00 radələrində baş verib. Belə ki, şəhər sakini 34 yaşlı Anar Rəhimov idarə etdiyi “KİA OPTİMA” markalı avtomobillə Heydər Əliyev prospekti ilə üzü mərkəz istiqamətinə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxıb və bardürləri aşaraq hasara çırpılıb.

Qəza nəticəsində sürücü və sərnişinlər 35 yaşlı Etibar Məmmədov, eləcə də 35 yaşlı Rövşən Həsənov ağır bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasını travmatologiya şöbəsinə yerləşdirilib. Həkimlərin müdaxiləsi nəticəsində zərərçəkmişlərin həyati təhlükəsi aradan qaldırılıb.

Ağır vəziyyətdə olan Etibar Məmmədov isə reanimasiya şöbəsinə yerləşdirilib. Hadisə şahidlərini sözlərinə görə, qəzaya yüksək sürət və sürücünün sərxoş vəziyyətdə avtomobili idarə etməsi səbəb olub.

Qeyd edək ki, KİA-nın sürücüsü Anar Rəhimov Penitensiar Xidmətinin Gəncə şəhərində yerləşən 2 saylı İstintaq Təcridxanasında nəzarətçi vəzifəsində işləyir.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm