Nijnekamsk lotusunu oğru adından məhrum etdilər
Bizi izləyin

Digər

Nijnekamsk lotusunu oğru adından məhrum etdilər

Kriminalitet Moskvaətrafında, Ramensk rayonunda növbəti oğru “sxodkası” keçirib. Budəfəki toplantı Nijnekamskdan olan 44 yaşlı Revket Şefiqulinlə bağlı olub. “Tatar” ləqəbli oğrunun taleyini həll etmək üçün bu kriminal aləmin son bir ayda yığışdığı ikinci “sxodka”dır.

Şafiqulin Nijnekamskda rəqib qruplaşmanın lideri, Aleksandr Mamşova sui-qəsd təşkil etdiyi üçün həbs olunmuşdu. Mamşov sağ qalsa da, ağır yaralanmışdı. Hadisə vaxtı onun 2 mühafizəçisi öldürülmüşdü.

Tatarıstan Ali Məhkəməsinin hökmü ilə “Tatar”a 20 il azadlıqdan məhrum edilmə cəzası verildi.

Məhkəmə hökmündən sonra Şafiqulin Novosibirskin Toquçin şəhərindəki həbsxanaya gətirilib. Qanuni oğrunun gəlişi ilə burada əsl “bezpredel” (anarxiya, özbaşınalıq) başlayıb.

Şafiqulinin əlaltıları məhkumlardan pul yığmağa başlayıb. Verməyəni döyüblər, yaxud şantaj ediblər. Həm də yığılan pullar “obşak”a (oğru kassası) yox, qanuni oğrunun komfortlu yaşaması üçün xərclənib. Bu azmış kimi, o, həbsxana rəhbərliyi ilə dostluq əlaqələri yaradıb.

Bu isə oğru dünyasında yolverilməz hərəkətlərdən sayılır.

Kriminalitetin məhz bu məsələ ilə bağlı ilk toplantısı Şişkan ləqəbli Oleq Şişkanovun doğum gününə həsr edilən ziyafət zamanı keçirilmişdi. “Sxodka”da iştirak edən qanuni oğrular - Konstantin Borisov (ləqəbi Kostıl), Oleq Muxametaşin (Muxa), Sergey Levaşov (Rams), Konstantin Vasilyev (Şram) və Yevgeni Antipov (Antip) belə qərar çıxardılar ki, Şafiqulin daha qanuni oğru hesab edilməsin.

Antip və Kostıl bütün Novosibirsk həbsxanalarına nəzarət edən Belıy adlı “vor zakon”a zəng edərək çıxardıqları qərarı “Tatar”a çatdırmağı xahiş etdilər. Yəni verdikləri suallara cavab istəyirlər. İki həftə keçsə də, Şafiqulindən xəbər çıxmır. Onda Antip və Kostıl həbsxanalara xəbər göndərirlər ki, Şafiqulin oğru adından məhrum edilib. Daha “vor zakon” sayılmır.

Ancaq sonradan məlum olur ki, bu xəbər düşərgələrə çatmayıb. Xəbərin yayılmasına Belıy mane olub.

Bundan sonra oğrular bir daha “sxodka” keçirir. Bu dəfə toplantıya daha çox oğru qatılır. Ancaq yenə ümumi razılığa gəlmək olmayıb. Şafiqulinin əleyhdarları çox olsa da, tərəfdarları da az deyil.

“Vor zakon”lar Yuri Piçuqin (ləqəbi Piçuqa), Vasiliy Xristoforov (Vasya Voskres), David Sebiskvaridze ( Dato Kutaiskiy) Şafiqulini qanuni oğru kimi yenə tanıyır, hətta öz qardaşlrı adlandırırlar.

Bir neçə qanuni oğru isə məsələyə münasibət bildirməyərək neytral mövqe nümayiş etdirib.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm