Bakıda ağır qəza:1 ölü, 1 yaralı
Bizi izləyin

Qırmızı.az

Bakıda ağır qəza:1 ölü, 1 yaralı

Bu gün səhərə yaxın Bakıda 1 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib.

Binəqədi Rayon Polis İdarəsindən verilən məlumata görə, bu gün səhər saat 05:00 radələrində 1991-ci il təvəllüdlü Məmmədov Elçin Pirməmməd oğlunun idarə etdiyi 90-UU-563 dövlət nömrə nişanlı avtomobili rayonun mərkəzində maneəyə çırpılıb.

Nəticədə sürücü E.Məmmədov xəstəxanada dünyasını dəyişib və sərnişini, 1983-cü il təvəllüdlü Quliyev Qoşqar Əşrəf oğlu müxtəlif bədən xəsarətlərilə xəstəxanaya yerləşdirilib.

Amid

Oxumağa davam et
Reklam
Reklam

Gündəm