Dünya
Rusiya nəşri: “Müharibədə Bakı Moskvaya çox lazımdır”
Həştərxanada Xəzər sammiti çərçivəsində Rusiya və Azərbaycan arasında investisiyaların müdafiəsi haqqında əhəmiyyətli razılaşma imzaladı. Sənəd son 14 il boyunca Moskva və Bakı arasında işlənirdi.
Publika.az xəbər verir ki, iqtisadi inkişaf
nazirinin keçmiş müavini Oqtay Haqverdiyev bildirib ki,
Qərb sanksiyalarına qədər Rusiya Azərbaycanla iqtisadi sahədə
əməkdaşlığı genişləndirmək niyyətində deyildi: “Ölkələr arasında
ticarət dövriyyəsi 3 milyard dollara qədər idi. Lakin sanksiyaların
tətbiqindən sonra Moskva əməkdaşlığı genişləndirmək istiqamətində
işə başladı. Görünür, Azərbaycan rəhbərliyi daha çox Rusiya
layihələrinə qoşulmaq istəyir”.
Onun sözlərinə görə, indiyə qədər Azərbaycan maliyyəsi
Rusiyanın şimal regionlarının infrastrukturuna yatırılırdı: “Amma
bu böyük investisiyalar deyildi. Hər şeylə birlikdə təxminən 1
milyard dollara qədər olardı. Azərbaycanda da təxminən 400 rus
şirkəti işləyir ki, bu da əhəmiyyətli göstərici deyil”.
Lakin Aleksey Ulyakayev hesab etmir ki, Rusiya ilə Azərbaycan
arasında iqtisadi əməkdaşlığın genişlənməsi sanksiyalara görədir.
Onun sözlərinə görə, hər şey əvvəldən hazırlanmış plana əsasən
gedir.
Rusiyanın “Nezavisimaya qazeta” nəşri yazır ki, iki ölkə
arasında bir çox sferada əməkdaşlıq davam edir. Belə ki, sanksiya
müharibəsində Bakı Moskvaya çox lazımlıdır. Rusiya iqtisadi-ticarət
orbitinə Azərbaycanın cəlb edilməsinə çalışır.
Nəşr onu da qeyd edir ki, Azərbaycan Avrasiya məkanı ilə əməkdaşlığı təbii olaraq baş verəcək. Hansı ki, Bakı Avrasiya İqtisadi İttifaqına qoşulmaq istəmir. Bunun da bir çox səbəbləri var. Lakin ittifaqın əsas qüvvəsi olan Rusiya ilə ikitərəfli əməkdaşlıq gələcəkdə Avrasiya məkanında Azərbaycanın rolunu artıracaq.
Asif Nərimanlı
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı
-
Avropa10:15
Zelenskini öldürmək istəyən şəxs bu ölkədə saxlanıldı
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO