Qubad İbadoğludan yeni ittiham: “Bunlara kimlər rəhbərlik edəcək?”
Bizi izləyin

Nida.az

Qubad İbadoğludan yeni ittiham: “Bunlara kimlər rəhbərlik edəcək?”

Müsavat başqanlığına keçmiş namizəd Qubad İbadoğlu yeni başqanın təyinatları ilə bağlı ittihamlar irəli sürüb.



Publika.az xəbər verir ki, Q. İbadoğlu “son günlər sizlər arasında gedən müzakirələri izləyir və bölüşdüyünüz mövqelərə, səsləndirdiyiniz fikirlərə və eyni zamanda, bir-birinizə qarşı olan münasibətlərin şiddətinə görə narahatlıq keçirirəm” deyə Müsavatdakı durumu belə xarakterizə edib.



“Əgər Müsavatın güclənməsini və inkişafını istəryirsinizsə, müzakirələrin yönünü dəyişin, onu elə aparın ki, ondan partiyanın gələcəyinə töhfələr olsun. Siz nədən bu müzakirələrinizi Məclis seçkilərinin nəticələri üzərində qurub növbəti seçki üçün layiqli namizədlərinizi müəyyənləşdirmirsiniz. Məclis Müsavatın vitrinidir, ora ağılı, zəkası və intellekti olanların meydanıdır. Amma son seçkilər göstərdi ki, sizlər Azərbaycanda konfliktlərin həlli, təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert olan ABŞ-ın Duke Universitetinin məzunu Elxan Mehdiyevin, tanınmış iqtisadçı, vergi mütəxəssisi, keçmiş vergi naziri İsa Bağırovun, pedaqogika üzrə fəlsəfə elmlər doktoru, Azad Müəllimlər Birliyinin sərdi Mələhət Mürşüdlünün, tanınmış jurnalist, Müsavatın yazarı Elşad Paşasoyun, insan haqları müdafiəçisi Sədaqət Paşayevanın, Böyük Britaniyanın Nyukasl Universitetində beynəlxalq iqtisadiyyat üzrə magistr dərəcəsini almış Müsavat Gənclər təşkilatının sədri Əhliman Abbasın, başqanlığa namizəd Tural Abbaslının və digər fədakar gənclərin və ziyalı müsavatçıların Məclisə seçilməsinə nail ola bilmədiniz. Heç kənarda qalanlarla Məclisə düşənlər arasında paralellər aparmısınızmı? Necə ola bilər ki, orta savadı olanlar Məclisə düşür, alimlər və ziyalılar ordan kənarda qalır. Bu sizi düşündürürmü? Düşünürsünüzmü Partiyanın İqtisadiyyat, Təhsil, Tibb, Təhlükəsizlik, Qarabağ komissiyalarına kimlər rəhbərlik edəcək. Məclisin orta yaşına nəzər salmısınızmı? Hazırkı tərkibdə cəmiyyətə təqdim olunacaq yeni simalar gördünüzmü? Məsləhətim odur ki, bir-birinizi aşağılayan yazılara son qoyasınız, Məclis barədə təhlillər aparasınız, layiqli namizədləri təqdim edəsiniz və onlara yol açasınız”.



Asif




Oxumağa davam et
Reklam
Reklam

Gündəm