Qırmızı.az
Pul yığan müəllim və direktor vəzifəsindən azad olunacaq
Oktyabrın 5-i müəllimlər günü ilə əlaqədar olaraq məktəblərdə pul yığılması gündəmə gəlib. Artıq bəzi məktəblərdə şagirdlərdən pul yığılması ilə bağlı söhbətlər yayılıb.
Bu məsələ hər il bayram ərəfəsində gündəmə gəlir və Təhsil Nazirliyi də bu istiqamətdə mübarizə apardığını bəyan edir.
Bu il bayram ərəfəsində məsələ yenidən gündəmdədir. Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov sosial şəbəkədə yaydığı açıqlamada pul yığan müəllim və direktorların işdən azad ediləcəyini bildirib:
“Hörmətli dostlar! Bugünlərdə "Müəllimlər günü" ilə bağlı
müxtəlif məktəblərdə pul yığılmasına dair məlumatlar dolaşır.Təhsil
Nazirliyinin mövqeyi belədir ki, bununla bağlı anonim olmadan(adı
ilə müraciət etməyi biz öyrənməliyik) bizim 146 saylı qaynar
xəttimizə məlumat verərsə və fakt araşdırma zamanı təsdiqini
taparsa, həmin müəllim və ya məktəb direktoru dərhal vəzifəsindən
azad olunacaq.
Təhsil həm də cəmiyyətin işidir”.
Gülxar
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO
-
MDB23 Aprel 23:12
Şoyqunun müavini SAXLANILDI - Külli miqdarda rüşvət alıb