“Burada o səhvlər bağışlanılmır”
Bizi izləyin

İdman

“Burada o səhvlər bağışlanılmır”

Bu gün "Qarabağ" Avroliqanın qrup mərhələsi çərçivəsində İtaliyada "İnter"in qonağı olacaq.

Təcrübəli mütəxəssis Ağasəlim Mircavadov Publika.az-a verdiyi açıqlamada bu oyunla bağlı fikirlərini bildirdi:

“Qarabağ” əsl Avropa futbolu nümayiş etdirir. Qurban Qurbanovun da gördüyü işgöz qabağındadır. Bu matçda hansı komanda meydanın mərkəzində üstünlüyü ələ ala bilsə, o da uğurlu nəticəyə yaxın olacaq. Əsas mərkəzdir. Futbolda belə bir deyim var ki, bir əlin rəqibin futbolçusunda olmalıdır. Yəni, fikrin topdan çox, rəqibdə olmalıdır. İnanıram ki, "Qarabağ" bunu bacaracaq”.

Mircavadov “Qarabağ”ın standart vəziyyətlər zamanı ehtiyatlı olmasını tövsiyə etdi:

“Düzdür, nə qədər desək ki, ehtiyatda onları əvəz edəcək oyunçular var, müəyyən dərəcədə təcrübə və bir-birini meydanda anlama amili öz sözünü deyir. Heyətdə Rəşad Sadıqov vəÇumbinyonunolmaması komandaya problem yarada bilər.Rəşad komandanın əsasliderlərindəndir. O, futbolçularda ruh yüksəkliyi yarada bilir. Müdafiədə ani səhvi həll edir.

Çumbinyo isə hücumun qurulmasında əsas faktordur. Bizim komandaların standart vəziyyətlərdən vurulan qolların qarşısını ala bilməmək xüsusiyyəti var. Cərimə və künc zərbələri zamanı diqqətli olmalıdırlar. Adi, uşaq səhvləri buraxmaq olmaz. Burda o səhvlər bağışlanılmır. Meydana rahat şəkildə çıxmaq lazımdır”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm