Moskva Ukraynanın generallarına cinayət işi açdı
Bizi izləyin

Dünya

Moskva Ukraynanın generallarına cinayət işi açdı

Rusiya Federasiyasının İstintaq Komitəsi Ukrayna müdafiə naziri Valeri Qeletey və digər yüksək rütbəli hərbçiləri barəsində cinayət işi açıb.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Ukraynanın müdafiə naziri Baş Qərargah rəisi Viktor Mujenko ilə birlikdə ölkənin cənub-şərqində “soyqırım”ın təşkilində ittiham olunur.

“Ukraynanın müdafiə naziri Valeri Qeletey, Baş Qərargah rəisi Viktor Mujenko, 25-ci briqadanın komandiri Oleq Mikas, həmçinin 93-cü briqadanın rəhbər şəxsləri barəsində cinayət işi qaldırılıb.

Onlar qadağan olunan vasitələrin tətbiqində, qətllər və soyqırımın təşkilində ittiham olunur”, - deyə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Vladimir Markin bildirib. Rusiya İstintaq Komitəsinin gəldiyi qənaətə görə, V.Mujenko və O.Mikas sentyabrın 3-dən 5-dək Luqansk və Donetsk “xalq respublikaları”nın ərazisində yaşayan rusdilli sakinlərin tam məhv edilməsi barədə əmrlər verib.

İstantaq mareriallarında həmçinin qeyd olunur ki, Donetsk, Luqansk, Slavyansk, Kramatorsk və başqa şəhərlərdə “Qrad” və “Uraqan” reaktiv yaylım atəş sistemləri, “Toçka-U” taktik raketləri və ağır hücum silahlarının digər növlərindən istifadə olunub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm