“Red Bull” yoxdursa, ABŞ-da qalmağın nə mənası?
Bizi izləyin

İdman

“Red Bull” yoxdursa, ABŞ-da qalmağın nə mənası?

“Red Bull” yoxdursa, ABŞ-da qalmağın nə mənası?

Məşhur fransız hücumçu Tyerri Anri Amerikanı tərk edəcək.

Publika.az xəbər verir ki, Anri “Nyu-York Red Bull”a müqaviləsini uzatmaq istəmir. Onun klubla müqaviləsi mövsümün sonunda başa çatır.

Məlumata görə, Anri klubda yaranan maliyyə böhranına görə bu addımı atır. Belə ki, “Red Bull” daha ABŞ komandasına investisiya qoymaq istəmir. Şirkət əsas diqqəti Avropaya yönəltmək istəyir.

37 yaşlı futbolçunun özünə yeni klub axtaracağı və ya karyerasını başa vuracağı məlum deyil.

Qeyd edək ki, Anri “Nyu-York Red Bull”da 2010-cu ildən çıxış edir. O, bu komandanın heyətində keçirdiyi 125 oyunda 50 qol vurub.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm