Cem Yılmaz əlbəyaxa davaya çıxdı
Bizi izləyin

Tabloid.az

Cem Yılmaz əlbəyaxa davaya çıxdı

Cem Yılmaz pilotla yumruq davasına çıxıb.

Publika.az “haberler”ə istinadən xəbər verir ki, Türkiyənin məşhur komediya ustası Cem Yılmaz çəkiliş komandası ilə bərabər Adanaya, yeni çəkdiyi “Pek Yakında” filminin qala tədbirinə getmək üçün özəl təyyarə icarəyə götürüb. Lakin Cem Yılmaz təyyarənin pilotu ilə yumruq davasına çıxıb.

Belə ki, Cem Yılmaz yeni çəkdiyi “Pek Yakında” filminin İstanbuldakı qalasından dərhal sonra komandası ilə bərabər Adanadakı tədbirə çatmaq üçün Sabiha Gökçən Hava Limanına gəlib.

İddiaya görə, Cem Yılmaz komandası ilə bərabər özəl təyyarəyə mindikdən sonra hansısa səbəbdən təyyarənin pilotu ilə mübahisə edib. Mübahisə daha sonra əlbəyaxa davaya çevrilib.

Cem Yılmazla pilotu təyyarədə olanlar ayırıb. Təyyarəni tərk edən Yılmaz başqa bir təyyarə ilə uçaraq, bir qədər geciksə də, Adanadakı təqdimata qatılıb.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm