Ömrü hesablayan saatlar satışa buraxıldı – FOTO
Bizi izləyin

Bilgi.az

Ömrü hesablayan saatlar satışa buraxıldı – FOTO

Həyat tərzinin insan sağlamlığına necə təsir etməsindən narahat olan insanlar üçün yeni avadanlıq icad edilib.

İsveç ixtiraçısı insan ömrünü hesablayan saat hazırlayıb.

Xarici mətbuatın verdiyi məlumata görə, saatda vaxt əksinə gedərək sahibinin nə qədər yaşayacağını göstərir.

Yeni avadanlığa "ölüm saatı" deyilsə də, ixtiraçı Fredrik Koltinuq ona "Tikker" adı verib. O iddia edir ki, saata ölüm yox, xoşbəxtlik saatı adı verilməlidir. Frederkin fikrincə, avadanlıq insanlara vaxtdan düzgün istifadə etməyə və onu qiymətləndirməyə şərait yaradacaq.

Saatı işə salmaq üçün alıcı əvvəlcə öz xəstəlik tarixçəsi, allergiya və keçirdiyi xəstəliklər barədə anket doldurmalıdır. Bundan əlavə, spirtli içkilər və siqaretə aludəçilik, ailədə xərçəng, diabet keçirən şəxslərlə bağlı qeydlər də aparılır.

Saata sahib olmaq istəyən insana onun idmanla məşğul olub-olmaması və çəkisi haqda suallar verilir. Toplanmış məlumatlar əsasında ömür vaxtı təyin olunur. Adi saat kimi işləyən "Tikker" təyin olunmuş vaxtdan azalmağa doğru quraşdırılır.

Onlayn yolu ilə satışa buraxılacaq saatların qiyməti 80 dollardır.

Babasının ölümündən sonra belə bir saatı icad etmək qərarına gələn Koltinuq deyib: "Təsəvvür edin ki, sizin yaşamağınıza 1 il qalıb. Bunu bildikdən sonra nələr edəcəyiniz haqda düşünmüsünüzmü? Bizim hamımız həyatı qiymətləndirməliyik".

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm